Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan Quliyev Vəli Kamal oğlunun əziz xatirəsi anılıb. Şəhidin anım günü ilə əlaqədar Naxçıvan şəhərində yerləşən məzarı ziyarət olunub. Tədbirdə Culfa Rayon İcra Hakimiyyəti başçısı Aparatının Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Ruslan Cəfərov da iştirak edib. Anım mərasimində çıxış edən dövlət rəsmiləri və ictimaiyyət nümayəndələri şəhid...
Ətraflı
Vətən müharibəsi iştirakçılarına göstərilən diqqət və qayğının davamı olaraq Culfa Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə qazilər Əhmədov Məhəmməd Əkbər oğlunun və Tağıyev Tural Məmmədrza oğlunun yaşayış ünvanlarında olub. Görüş zamanı qazilərin həyat şəraiti ilə tanış olan rayon rəhbəri onların gündəlik yaşayışında qarşılaşdıqları çətinliklər və sosial vəziyyətləri ilə maraqlanıb. Səmimi şəraitdə keçən görüşlərdə qazilərin fikir və təklifləri dinlənilib, onları nar...
Ətraflı
Ətraf mühitin mühafizəsi, yaşıllıq sahələrinin genişləndirilməsi və ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə Culfa şəhərinin prospekt, küçə və məhəllələrində meşə, meyvə və dekorativ ağac tingləri əkilib. Həyata keçirilən tədbirlər şəhərin yaşıllıq örtüyünün artırılmasına və daha sağlam ekoloji mühitin formalaşdırılmasına xidmət edir....
Ətraflı
8 Noyabr – Zəfər Günü münasibətilə Bənəniyar kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin təşkilatçılığı ilə tədbir təşkil olunub. Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla anılıb. Daha sonra çıxış edənlər Zəfərə aparan tarixi yoldan, 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının nümayiş etdirdiyi birlik və həmrəylikdən, rəşa...
Ətraflı
8 Noyabr – Zəfər Günü münasibətilə Teyvaz kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin təşkilatçılığı ilə tədbir keçirilib. Tədbirdə kənddə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların əməkdaşları, həmçinin məktəblilər iştirak ediblər. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalmış Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edənlər 44 günlük Vətən müharibəsində...
Ətraflı