Rayonumuzun Əlincə kəndində səyyar qəbul keçirilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yerlərdə vətəndaş müraciətlərinə operativ şəkildə baxılması, vətəndaş məmnunluğunun təmin olunması ilə bağlı verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq, Culfa Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə Əlincə kəndində səyyar qəbul keçirib. Qəbulda Culfa Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul şəxsləri, rayonun bir sıra idarə, müəssisə və təşkilat rəhbərləri, kənd icra nümayəndəsi və bələdiyyə sədri iştirak ediblər. Qəbul zamanı kənd sakinlərinin müraciət və təklifləri dinlənilib, qaldırılan məsələlərin operativ və qanunvericiliyə uyğun şəkildə həlli məqsədilə aidiyyəti qurumlara konkret tapşırıqlar verilib. Kənd sakinləri belə qəbulların keçirilməsini yüksək qiymətləndirərək, müraciətlərinə baxılması üçün yaradılan əlverişli şəraitə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.