
Culfa Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə Bənəniyar su anbarına çəkilən yeni kanala yerində baxış keçirib. Baxış zamanı icra başçısına kanalın tikinti vəziyyəti, görülən işlərin gedişi və ərazidə suvarma imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, yeni kanalın istifadəyə verilməsi əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına, su ehtiyatlarından daha səmərəli və məqsədyönlü istifadəyə, eləcə də kənd təsərrüfatının inkişafına töhfə verəcək.