44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması uğrunda misilsiz qəhrəmanlıq və şücaət göstərən igid oğullarımızdan biri də rayonumuzun Teyvaz kəndində doğulan Seyidov Nihat Mehman oğludur. Bu gün qəhrəman şəhidimizin Suqovuşan istiqamətində gedən ağır döyüşlərdə şəhidlik zirvəsinə ucalmasının 6-cı ildönümü tamam olur. Anım mərasimində Culfa Rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasim iştir...
Ətraflı
Culfa Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə şəhid Hüseynov Cəfər Əlmüzəffər oğlunun, Məmmədov Ramal İslam oğlunun və Hüseynov Samir Hüseyn oğlunun ailələrini ziyarət edib. Ziyarət zamanı şəhid ailələrinin üzvləri ilə görüşülüb, onların gündəlik qayğıları və qarşılaşdıqları çətinliklər barədə söhbət aparılıb. Şəhid ailələrinə göstərilən diqqət və qayğının davamlı xarakter daşıdığını vurğulayan Naim Cahidzadə onların müraciətlərinin daim diqqətdə saxlanılmasının vaci...
Ətraflı
1980-ci ilin may ayında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyev Naxçıvana səfəri çərçivəsində Culfa rayonunun Yaycı kəndində olmuş, burada kolxoz-sovxoz işçiləri ilə görüş keçirmişdir. Heydər Əliyevin məhz Yaycı kəndində kənd zəhmətkeşləri ilə birbaşa görüşü onun aqrar sahənin inkişafına, kənd təsərrüfatı işçilərinin qayğı və problemlərinin yerində öyrənilməsinə verdiyi önəmin bariz nümunəsi olmaqla kəndin tarixində əlamətdar hadisə k...
Ətraflı
Payız-qış mövsümündə vətəndaşların fasiləsiz və keyfiyyətli istiliklə təmin olunması məqsədilə Culfa şəhərində yerləşən qazanxanalarda zəruri texniki işlər həyata keçirilir. Belə ki, M. Əsgərov ünvanında yerləşən qazanxanada dövriyyə nasosu, Heydər Əliyev prospekti 41A ünvanında yerləşən qazanxanada isə hava balonu yenisi ilə əvəz olunub. Aparılan işlər istilik sistemlərinin dayanıqlı və səmərəli fəaliyyətinin təmin edilməsinə, mümkün nasazlıqların qarşısının alınmasına və s...
Ətraflı
20 oktyabr – 20 noyabr tarixlərini əhatə edən “Uşaq hüquqları aylığı” çərçivəsində Culfa Rayon İcra Hakimiyyəti və Culfa Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Culfa şəhər 2 nömrəli tam orta məktəbində “Uşaqların hüquqları və vəzifələri” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə şagirdlərə uşaqların hüquq və vəzifələri, bu hüquqların qorunmasının əhəmiyyəti, həmçinin cəmiyyətdə məsuliyyətli davranış qaydaları barədə ətraflı məlumat verilib. Sonda şagirdlə...
Ətraflı