Culfa şəhər 2 nömrəli tam orta məktəbində uşaq hüquqları ilə bağlı maarifləndirici tədbir keçirilib

20 oktyabr – 20 noyabr tarixlərini əhatə edən “Uşaq hüquqları aylığı” çərçivəsində Culfa Rayon İcra Hakimiyyəti və Culfa Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Culfa şəhər 2 nömrəli tam orta məktəbində “Uşaqların hüquqları və vəzifələri” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə şagirdlərə uşaqların hüquq və vəzifələri, bu hüquqların qorunmasının əhəmiyyəti, həmçinin cəmiyyətdə məsuliyyətli davranış qaydaları barədə ətraflı məlumat verilib. Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.