Ulu Öndər Heydər Əliyevin 1980-ci ilin may ayında Culfa rayonunun Yaycı kəndinə tarixi səfəri və kənd zəhmətkeşləri ilə görüşü

1980-ci ilin may ayında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyev Naxçıvana səfəri çərçivəsində Culfa rayonunun Yaycı kəndində olmuş, burada kolxoz-sovxoz işçiləri ilə görüş keçirmişdir.  Heydər Əliyevin məhz Yaycı kəndində kənd zəhmətkeşləri ilə birbaşa görüşü onun aqrar sahənin inkişafına, kənd təsərrüfatı işçilərinin qayğı və problemlərinin yerində öyrənilməsinə verdiyi önəmin bariz nümunəsi olmaqla  kəndin tarixində əlamətdar hadisə kimi yadda qalmışdır.