Payız-qış mövsümünə hazırlıq çərçivəsində istilik sistemlərində texniki işlər aparılır

Payız-qış mövsümündə vətəndaşların fasiləsiz və keyfiyyətli istiliklə təmin olunması məqsədilə Culfa şəhərində yerləşən qazanxanalarda zəruri texniki işlər həyata keçirilir. Belə ki, M. Əsgərov ünvanında yerləşən qazanxanada dövriyyə nasosu, Heydər Əliyev prospekti 41A ünvanında yerləşən qazanxanada isə hava balonu yenisi ilə əvəz olunub.  Aparılan işlər istilik sistemlərinin dayanıqlı və səmərəli fəaliyyətinin təmin edilməsinə, mümkün nasazlıqların qarşısının alınmasına və sakinlərin soyuq qış aylarında fasiləsiz istiliklə təmin olunmasına xidmət edir.

Təmir-bərpa işləri nasazlığı olan digər qazanxanalarda da qrafikə əsasən həyata keçiriləcək.