
Culfa Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə şəhid Hüseynov Cəfər Əlmüzəffər oğlunun, Məmmədov Ramal İslam oğlunun və Hüseynov Samir Hüseyn oğlunun ailələrini ziyarət edib. Ziyarət zamanı şəhid ailələrinin üzvləri ilə görüşülüb, onların gündəlik qayğıları və qarşılaşdıqları çətinliklər barədə söhbət aparılıb. Şəhid ailələrinə göstərilən diqqət və qayğının davamlı xarakter daşıdığını vurğulayan Naim Cahidzadə onların müraciətlərinin daim diqqətdə saxlanılmasının vacibliyini qeyd edib. Şəhid ailələri mütəmadi olaraq ziyarət edilir, onların sosial və məişət qayğıları ilə yaxından maraqlanılır, qarşılaşdıqları problemlərin həlli istiqamətində zəruri tədbirlər həyata keçirilir. Şəhid ailə üzvləri göstərilən diqqət və qayğıya görə öz minnətdarlığını bildiriblər.