
44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması uğrunda misilsiz qəhrəmanlıq və şücaət göstərən igid oğullarımızdan biri də rayonumuzun Teyvaz kəndində doğulan Seyidov Nihat Mehman oğludur. Bu gün qəhrəman şəhidimizin Suqovuşan istiqamətində gedən ağır döyüşlərdə şəhidlik zirvəsinə ucalmasının 6-cı ildönümü tamam olur. Anım mərasimində Culfa Rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasim iştirakçıları şəhidimizin məzarını ziyarət edərək əziz xatirəsini ehtiramla yad ediblər.