Culfa Rayon İcra Hakimiyyətində payız-qış mövsümünə hazırlıq işlərinin vəziyyəti və qarşıda duran vəzifələrlə bağlı aidiyyəti qurumların iştirakı ilə geniştərkibli müşavirə keçirilib. Culfa Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadənin sədrliyi ilə keçirilən müşavirədə kommunal xidmətlər, elektrik və qaz təchizatı, təhsil, səhiyyə, maliyyə, mədəniyyət və digər sahələr üzrə məsul şəxslər iştirak ediblər. Müşavirədə çıxış edən Naim Cahidzadə payız-qış mövsümünə hazırlıq t...
Ətraflı
Culfa rayonunun Ərəfsə kəndində sakinlər üçün “myGov” mobil tətbiqinin imkanları və elektron dövlət xidmətlərindən istifadə qaydaları ilə bağlı maarifləndirmə işi həyata keçirilib. Görüş çərçivəsində vətəndaşlara tətbiqin təqdim etdiyi imkanlar, elektron xidmətlərdən yararlanma qaydaları və rəqəmsal həllərin gündəlik həyatda yaratdığı üstünlüklər izah olunub. Sakinlərlə keçirilən görüşün məqsədi əhalinin rəqəmsal xidmətlər haqqında məlumatlılığını artırmaq, vətəndaşların elek...
Ətraflı
Culfa Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə rayonun Qazançı və Milax kəndlərindən olan Birinci Qarabağ müharibəsi şəhidlərinin məzarlarını ziyarət edib. Daha sonra şəhid Aslanov Elsəvər Eldar oğlunun və Qəribov Cəmaləddin Vahid oğlunun ailələri ziyarət olunub. Görüş zamanı Naim Cahidzadə şəhid ailələri ilə səmimi söhbət aparıb, onların qayğıları və qarşılaşdıqları problemlərlə maraqlanıb. Qeyd olunub ki, Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinin ...
Ətraflı
Vətəndaş müraciətlərinin yerində dinlənilməsi, qaldırılan məsələlərin operativ həlli və əhali ilə birbaşa ünsiyyətin təmin edilməsi məqsədilə Culfa Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə Qazançı kəndində səyyar vətəndaş qəbulu keçirib. Qəbul zamanı Naim Cahidzadə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasında həyata keçirilən sosial-iqtisadi inkişaf tədbirlərindən danışıb. Bildirib ki, qəbul olunan dövlət proqramları, imzalanan s...
Ətraflı
Culfa Rayon İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin birgə təşkilatçılığı ilə “Bələdiyyə üzvü və qulluqçularının etik davranış qaydaları və korrupsiyaya qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Culfa və Ordubad rayonları üzrə fəaliyyət göstərən bələdiyyələrin üzvləri və qulluqçuları iştirak ediblər. Görüş zamanı mövzu ətrafında müzakirələr aparılıb, bələdiyyələrin fəaliyyətində etik normalara riayət olunmasının, vətənd...
Ətraflı