Bələdiyyə üzvləri və qulluqçuları üçün maarifləndirici tədbir keçirilib

Culfa Rayon İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin birgə təşkilatçılığı ilə “Bələdiyyə üzvü və qulluqçularının etik davranış qaydaları və korrupsiyaya qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Culfa və Ordubad rayonları üzrə fəaliyyət göstərən bələdiyyələrin üzvləri və qulluqçuları iştirak ediblər. Görüş zamanı mövzu ətrafında müzakirələr aparılıb, bələdiyyələrin fəaliyyətində etik normalara riayət olunmasının, vətəndaşlarla münasibətlərdə obyektivlik və dürüstlük prinsiplərinin qorunmasının əhəmiyyəti vurğulanıb.