
Culfa Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə rayonun Qazançı və Milax kəndlərindən olan Birinci Qarabağ müharibəsi şəhidlərinin məzarlarını ziyarət edib. Daha sonra şəhid Aslanov Elsəvər Eldar oğlunun və Qəribov Cəmaləddin Vahid oğlunun ailələri ziyarət olunub. Görüş zamanı Naim Cahidzadə şəhid ailələri ilə səmimi söhbət aparıb, onların qayğıları və qarşılaşdıqları problemlərlə maraqlanıb. Qeyd olunub ki, Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinin əziz tutulması, onların ailələrinə diqqət və qayğı göstərilməsi dövlət siyasətinin əsas istiqamətlərindəndir.
Şəhid ailələri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.