
Culfa rayonunun Kırna kəndində sakinlər üçün “myGov” mobil tətbiqinin imkanları və elektron dövlət xidmətlərindən istifadə qaydaları ilə bağlı maarifləndirmə işi həyata keçirilib. Görüş çərçivəsində vətəndaşlara tətbiqin təqdim etdiyi imkanlar, elektron xidmətlərdən yararlanma qaydaları və rəqəmsal həllərin gündəlik həyatda yaratdığı üstünlüklər izah olunub. Sakinlərlə keçirilən görüşün məqsədi əhalinin rəqəmsal xidmətlər haqqında məlumatlılığını artırmaq, vətəndaşların elektron dövlət xidmətlərindən daha fəal istifadəsini təşviq etməkdir.