axçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əjdər Əliyev Culfa Rayon İcra Hakimiyyəti başçısı Aparatının Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Ruslan Cəfərovla birgə şəhid Məmmədov Sənan Hidayət oğlunun ailəsini ziyarət edib, qayğılarıyla maraqlanıblar. Şəhidimizin ailəsi şəhid valideyinləri adından onlara göstərilən diqqətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlığını və məmnunluğunu bildirib....
Ətraflı
Tarixin elə anları var ki, xalqın taleyini dəyişir, onun gələcək yolunu müəyyənləşdirir. Azərbaycan xalqı üçün belə dönüm nöqtələrindən biri 1990-cı ilin 20 Yanvar gecəsidir. Həmin gecə əsarətə qarşı etiraz edən xalqın iradəsinin, azadlıq eşqinin və milli ləyaqətinin sınaqdan keçdiyi an idi. 1980-ci illərin sonlarında Sovet imperiyası artıq dağılmaq üzrə idi. Mərkəzi hakimiyyət öz gücünü itirdikcə, milli respublikalarda azadlıq istəyi güclənirdi. Lakin bu azadlıq dalğasının q...
Ətraflı
Culfa Rayon Uşaq Gənclər və Şahmat məktəbində, Culfa Rayon İcra Hakimiyyəti, Culfa Rayon Gənclər və İdman İdarəsi, Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatı və Culfa Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsininin 36-cı ildönümünə həsr edilmiş məktəblilər arasında şahmat üzrə rayon turniri keçirilib. Yarış başlamazdan əvvəl Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və turnirin əhəmiyyəti barəd...
Ətraflı
Tədbir Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, eləcə də ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbirdə çıxış edənlər vurğulayıblar ki, 1990-cı ilin 20 yanvarında törədilmiş bu qanlı cinayət Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda apardığı mübarizənin şanlı və unudulmaz səhifəsi kimi tarixə həkk olunub. Sonda məktəblilər 20 Yanvar şəhidlərinin xa...
Ətraflı
Tədbir Azərbaycan xalqının azadlığı və müstəqilliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Çıxış edənlər qeyd ediblər ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet imperiyasının silahlı birləşmələri Bakıya, eləcə də respublikanın bir sıra rayonlarına yeridilib. Ağır hərbi texnika və müxtəlif növ silahlardan istifadə etməklə dinc əhaliyə qarşı amansız qırğın törədilib, çoxlu günahsız insan həlak olub. ...
Ətraflı