Şəhidimizin anım günü qeyd olunub

1992-ci il mayın 21-də Sədərək kəndinin Miltəpə istiqamətində gedən ağır döyüşlərdə Vətən uğrunda qəhrəmancasına şəhid olan Ağayev Əliqulu İbrahim oğlunun anım günü ehtiramla qeyd olunub. Anım mərasimində Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Sara Hüseynova, Culfa Rayon Polis Şöbəsinin rəisi Namiq Həsənov, rayon icra hakimiyyətinin əməkdaşları, idarə, müəssisə və təşkilat nümayəndələri, həmçinin şəhid ailələri iştirak ediblər.