Rayonumuzun sakinləri hərbi hissəyə sovqat aparıb

2020-ci il 28 sentyabr tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” Sərəncam imzalayıb.

Sentyabrın 27-də erməni hərbi birləşmələrinə qarşı Azərbaycan Ordusunun başlatdığı əks hücum əməliyyatı xalq-ordu birliyini daha da gücləndirib. Azərbaycan Res­publikasının hər bölgəsində olduğu kimi, muxtar respublikamızda da əhali ordumuzla həmrəy olaraq öz köməyini  əsrgəmir.  Həmçinin rayonumuzun sakinləri də  əsgərlərimizə mənəvi dəstək olmaq üçün “N” saylı hərbi hissəyə 1548 kiloqram ət, 810 çörək, 185 bağlam lavaş, 100 kiloqram təndir kökəsi, 258 kiloqram şirniyyat,100 kiloqram şəkər tozu,70 kiloqram mürəbbə, 26 kiloqram tomat, 41 kilo­qram mərcimək 330 kiloqram qənd, 932 kiloqram kartof, 200 kiloqram balqabaq, 41 kiloqram kök, 846 kiloqram soğan, 41 kiloqram bibər, 1820 kiloqram üzüm, 1107 litr mineral su və şirələr, 202 kiloqram düyü, 45 kiloqram çay,  85 kiloqram konfet, 519 bağlam vermişel, 168 kiloqram xiyar, 240 kiloqram pomidor, 10 kiloqram pendir, 577 kiloqram alma, 330 kiloqram kələm, 83 kiloqram yağ,   92 kiloqram çəviz, 65 kiloqram turşu, 300 bağlam siqaret, 2214 ülgüc, 2 qutu yara sarğısı,  1298 cüt corab, 32 diş məcunu, 104 diş fırçası, 20 qutu kibrit, 55  papaq, 172 ayaqqabı mazı, 430 bağlam sabun,   4810 boş çuval, 683 avtomobil şini və sair  hədiyyə ediblər.

Azərbaycan əsgəri də fəxr edir ki, onun arxa­sında qüdrətli Azərbaycan xalqı dayanıb.

Göstərilən diqqət və qayğıya görə hərbi hissənin əsgər və zabitləri  minətdarlıqlarını bildiriblər.