Zəfər Günü münasibətilə şəhidlərimizin məzarları ziyarət olunub

8 Noyabr – Zəfər Günü münasibətilə Vətən müharibəsində, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş igid Vətən övladlarının məzarları ziyarət edilib. İnzibati ərazi dairələri üzrə nümayəndəliklərin təşkilatçılığı ilə baş tutan ziyarətlərdə şəhidlərimizin əziz xatirəsi ehtiramla anılıb, məzarları üzərinə gül dəstələri qoyulub, ruhlarına dualar oxunub.