
Culfa Rayon İcra Hakimiyyətinin əməkdaşları 83 yaşlı şəhər sakini Qurbanova Asya Camal qızını bu gün yaşadığı mənzildə ziyarət ediblər. Söhbət zamanı Asya nənə bildirdi ki, 1942-ci il iyulun 1-də Qərbi Azərbaycanın Sisiyan (Qarakilsə) rayonunun Comardlı kəndində anadan olub. 1958-ci ildə 16 yaşı olarkən, ailəsi ilə birlikdə rayonumuzun Əbrəqunus kəndinə gələrək orada məskunlaşıblar. 1963-cü ildə isə ailə həyatı qurduqdan sonra Culfa şəhərinə köçüb və o zamandan bəri burada yaşayır.
5 övlad, 11 nəvə, 8 nəticə sahibi olan Asya nənə doğulub boya-başa çatdığı, ata-baba yurdundan, torpaq həsrətindən söhbət açaraq öz elinə olan sevgisindən köks ötürərək danışır. Titrək səslə doğulub boya-başa çatdığı torpaqlara qayıdacağı günü səbirsizliklə gözlədiyini deyir.