
Culfa şəhər Məmməd Əsgərov küçəsində yağış sularının ötürülməsinin təmin edilməsi məqsədilə yol kənarında 30 metr uzunluğunda yeni sudaşıyıcı beton kanal inşa edilir. Tikinti işləri Culfa şəhər Bələdiyyəsinin sifarişi əsasında Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi Publik Hüquqi Şəxsin “Naxçıvan Yol Təmir Tikinti İstismar” MMC tərəfindən aparılır. Layihəyə əsasında çəkilən kanal yağış sularının müəyyən olunmuş istiqamət üzrə ötürülməsini, yolətrafı ərazilərdə suyun yığılmasının qarşısının alınmasını təmin edəcək. Görülən işlər sakinlər üçün daha rahat və təhlükəsiz yaşayış mühitinin formalaşdırılmasına xidmət edir.