Yaycıda 8 Noyabr – Zəfər Günü qeyd olunub

Yaycı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə kənddə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların əməkdaşları, şəhid ailələrinin üzvləri, kənd ziyalıları, məktəblilər və kənd sakinləri iştirak ediblər. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxışlar zamanı 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq və şücaətdən, hərbçilərimizin döyüş meydanında nümayiş etdirdiyi əzmkarlıqdan, qazanılan tarixi Zəfərin xalqımızın həyatında daşıdığı mühüm əhəmiyyətdən bəhs olunub. Qeyd edilib ki, 8 Noyabr – Zəfər Günü xalqımızın milli birliyinin, həmrəyliyinin və Vətən sevgisinin təcəssümüdür. Sonda məktəblilər tərəfindən Zəfər Gününə həsr olunmuş şeirlər səsləndirilib.