
Culfa Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə Yaycı kəndində Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin məzarlarını ziyarət edib. Ziyarət zamanı şəhidlərin məzarları önünə gül dəstələri qoyulub, ruhlarına dualar oxunub, əziz xatirələri dərin ehtiramla yad edilib. Daha sonra şəhidlər Rzalı Daşqın Elşad oğlu, Nəcəfov Məzahir Ramazan oğlu, Bayramov Bağır Tahir oğlu, Məmmədov Sahib Yaşar oğlu və Hüseynli Rəşad Ramiz oğlunun ailələri ziyarət olunub. Görüşlər zamanı Naim Cahidzadə bildirib ki, Vətənimizin mərd və cəsur övladları torpaqlarımızın işğaldan azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunması uğrunda mübarizədə şəhidlik zirvəsinə ucalıblar. Şəhidlərin əziz xatirəsinin daim uca tutulduğunu, şəhid ailələrinin isə dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu qeyd edib. Rayon rəhbəri şəhid ailələrini narahat edən məsələlərlə də yerində maraqlanıb, onların müraciətlərini dinləyib. Şəhid ailələri göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.