Yaycı kəndində qanunsuz tikintilərlə bağlı maarifləndirici tədbir keçirilib

Culfa Rayon İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq ili” çərçivəsində rayonun Yaycı kəndində “Qanunsuz tikinti işlərinin aparılması” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə qanunsuz tikinti işlərinin qarşısının alınması, tikinti fəaliyyətinin mövcud qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsinin vacibliyi və şəhərsalma qaydalarına əməl olunmasının əhəmiyyəti barədə iştirakçılara ətraflı məlumat verilib. Sonda iştirakçıların sualları cavablandırılıb.