
Son günlərdə ölkə üzrə müşahidə olunan quraq hava şəraiti və temperaturun iqlim normasından yüksək keçməsi yaşıllıq sahələrinə mənfi təsir göstərməkdədir. Belə şəraitdə yaşıllıqların qorunması üçün suvarma tədbirləri xüsusi əhəmiyyət kəsb edir. Bu məqsədlə Culfa Rayon İcra Hakimiyyəti tərəfindən ərazidə mütəmadi olaraq suvarma işləri həyata keçirilir. Xüsusilə Dizə kəndi ərazisində yol kənarında yerləşən ağacların qurumasının qarşısını almaq üçün su mənbələrinin məhdudluğu səbəbindən maşınlar vasitəsilə su daşınaraq yaşıllıqların suvarılması təmin edilir.
Qeyd edək ki, ərazidəki suvarma işləri xüsusi qrafik əsasında təşkil olunur və nəzarət altında icra edilir.