
Culfa Rayon İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin birgə təşkilatçılığı ilə Yaycı kəndində yanğın təhlükəsizliyinə dair maarifləndirici seminar-müşavirə keçirilib. Tədbirdə taxıl sahələri, əkin və otlaq əraziləri, meşələr və fərdi təsərrüfatlarda yanğınların qarşısının alınması üçün görüləcək qabaqlayıcı tədbirlər barədə məlumat verilib. Həmçinin iştirakçılara yanğın zamanı ilkin müdaxilə vasitələrindən düzgün istifadə qaydaları izah olunub. Sonda mövzu ilə bağlı videoçarx və slayd nümayiş etdirilib, iştirakçıların sualları cavablandırılıb.