Xüsusi Təyinatlı Qüvvələrin leytenantı, Vətən müharibəsi şəhidi Ceyhun Dünyamalıyevin doğum günü münasibətilə anım mərasimi keçirilib

Tədbirdə Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Sara Hüseynova, Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatının sədri Qadir İbrahimov, hüquq-mühafizə orqanlarının, rayonun idarə və müəssisələrinin rəhbərləri, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Anım mərasimində çıxış edənlər şəhidimizin keçdiyi şərəfli döyüş yolundan, Vətənə olan sonsuz sədaqətindən və igidliyindən danışıblar.