
18 oktyabr 2025-ci il Azərbaycan tarixinin qürurla xatırlanan günlərindən biridir. Düz beş il əvvəl, 2020-ci ilin 18 oktyabrında, Azərbaycan Ordusu Cəbrayıl rayonu ərazisində yerləşən, 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunan Xudafərin körpüsünü və ətraf əraziləri Ermənistan Silahlı Qüvvələrinin işğalından azad etmişdir. Həmin gün həmçinin Hacılı və Hacı İsaqlı kəndləri də düşmən tapdağından təmizlənmişdir.
Bu hadisə təkcə hərbi qələbə deyil, həm də milli iradənin, tarixi ədalətin və xalq birliyinin təntənəsi idi. Xudafərin körpüsünün azad olunması Azərbaycan xalqının mənəvi qələbəsini, tarixə və mədəni irsə sədaqətini bir daha nümayiş etdirdi.