Xoşkeşin kəndində səyyar vətəndaş qəbulu keçirilib

Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Sara Hüseynovanın rəhbərliyi ilə Xoşkeşin kəndində növbəti səyyar vətəndaş qəbulu keçirib. Qəbulda rayon icra hakimiyyətinin məsul əməkdaşları ilə yanaşı müvafiq idarə, müəssisə və xidmət təşkilatlarının nümayəndələri də iştirak ediblər. Qəbul zamanı kənd sakinləri əsasən içməli və suvarma su təchizatı, həmçinin kənd daxili yolların asfaltlanması ilə bağlı müraciət ediblər. Vətəndaşların səsləndirdiyi hər bir məsələ dinlənilib, onların operativ şəkildə araşdırılması və həlli məqsədilə aidiyyəti qurumlara təqdim olunması üçün qeydiyyata alınıb.

Qeyd edək ki, səyyar vətəndaş qəbullarının keçirilməsində əsas məqsəd sakinlərin mövcud problemlərinin yerində öyrənilməsi və onların operativ həllinə nail olmaqdır.