
Tədbirin əvvəlində Xocalı soyqırımı qurbanlarının və vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində baş vermiş faciənin tarixi əhəmiyyətindən bəhs edərək, günahsız insanların amansızlıqla qətlə yetirildiyini vurğulayıblar. Qeyd olunub ki, bu dəhşətli hadisə Azərbaycan xalqının yaddaşında silinməz iz buraxıb. Eyni zamanda, Xocalı həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasının vacibliyi diqqətə çatdırılıb və faciənin dünya miqyasında tanıdılması istiqamətində aparılan işlərdən danışılıb.