Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Culfa Rayon Mədəniyyət Sarayında anım tədbiri keçirilib

Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Culfa Rayon Mədəniyyət Sarayında anım tədbiri keçirilib. Tədbir iştirakçıları əvvəlcə Xocalı soyqırımının acı nəticələrini və tarixi həqiqətlərini özündə əks etdirən materiallara baxış keçiriblər. Ardınca Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbirdə Culfa Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun baş məsləhətçisi Səkinə Fərzəliyeva, Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatının məsləhətçisi Elşad Cəfərov, Culfa Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Aysel Rəcəbova çıxış edərək Xocalı faciəsinin tarixi və ictimai-siyasi mahiyyəti barədə ətraflı məlumat veriblər.  Tədbirin sonunda Culfa Rayon Mədəniyyət Sarayının tabeliyində fəaliyyət göstərən müəssisələrin əməkdaşlarının iştirakı ilə hazırlanmış “Xocalım – dərd qalağım, Xocalım – azad torpağım” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib.