Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı tərəfindən Əli Əmirlinin "Xeyr xəbər" pyesi əsasında, quruluşçu rejissor Mir Qabil Ələkbərovun hazırladığı eyni adlı tamaşa Culfa Rayon Mədəniyyət Sarayında nümayiş olunub. 2-ci Qarabağ müharibəsi zamanı övladını cəbhəyə yola salan ailənin keçirdiyi həyəcan və qürur hissinin səhnələşdirildiyi tamaşa izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.