Culfa şəhər 3 nömrəli tam orta məktəbdə Culfa Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatı, Culfa Rayon Gənclər və İdman İdarəsi və Culfa Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Vətən müharibəsi şəhidləri Rzayev Kənan Əbdürrəhman oğlu və Quliyev Kənan Vaqif oğlunun doğum günlərinə həsr olunmuş məktəblilər arasında badminton üzrə rayon birinciliyi keçirilib. Yarışdan əvvəl şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. 9 idmançının işt...
Ətraflı
Anım mərasimində Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Sara Hüseynova, Culfa Rayon Polis Şöbəsinin rəisi Namiq Həsənov, icra hakimiyyətinin əməkdaşları və şəhidin ailə üzvləri iştirak ediblər....
Ətraflı
Culfa Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Bənəniyar kənd qəbiristanlığında şəhid məzarlarının yerləşdiyi sahədə genişmiqyaslı abadlıq işləri həyata keçirilir. Layihə çərçivəsində şəhid məzarlarına aparan yola kilit daş döşənir, ətraf ərazidə isə səliqə-sahman yaradılır, abadlıq tədbirləri görülür. Görülən işlərin vəziyyəti ilə yerində tanış olmaq məqsədilə Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Sara Hüseynova əraziyə...
Ətraflı
1992-ci ilin bu günü Sədərək rayonunun müdafiəsi uğrunda gedən döyüşlər zamanı şəhid olan Mahmud Zeynalovun anım mərasimi keçirilib. Tədbirdə Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Sara Hüseynova, Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatının sədri Qadir İbrahimov, Culfa Rayon Polis Şöbəsinin rəisi Namiq Həsənov, icra hakimiyyətinin əməkdaşları, şəhidin ailə üzvləri və kənd ictimaiyyəti iştirak edib....
Ətraflı
"Konstitusiya və Suverenlik İli" çərçivəsində Culfa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ekoloji tarazlığın qorunması və mövcud yaşıllıqlara qulluq göstərilməsi məqsədilə, iməcilik təşkil olunaraq təmizlik və abadlıq işləri görülmüşdür. İməcilik zamanı ərazilər məişət tullantılarından təmizlənib, yaşıllıqlara aqrotexniki qulluq göstərilib, həmçinin suvarma işləri aparılıb....
Ətraflı