Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin təhlükəsizlik şuraları katiblərinin Bakıda keçirilən 5-ci toplantısı mühüm məsələlərin müzakirəsi ilə yadda qalıb. Toplantıda türk dövlətləri arasında təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi, qarşıda duran təhlükələr və onların qarşısının alınması yolları müzakirə olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev toplantının iştirakçılarını qəbul edərkən Türk dünyasının qarşısında duran əsas məsələlərə to...
Ətraflı
Vətənimizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsi daim ehtiramla yad edilir. Şəhid ailələrinə dövlətimiz tərəfindən göstərilən diqqət və qayğı davamlı xarakter daşıyır, onların qayğıları ilə yaxından maraqlanılır. Culfa Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə şəhid leytenant Babək Əliyevin məzarını ziyarət edərək əziz xatirəsini ehtiramla yad edib. Daha sonra şəhidin ailəsi ilə görüş keçiri...
Ətraflı
Culfa Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə Saltaq kəndində Vətən müharibəsi şəhidi, baş leytenant Gülməmmədov Amin Mayis oğlunun məzarını ziyarət edib, əziz xatirəsini ehtiramla yad edib. Daha sonra şəhidin ailəsi ilə görüş keçirilib. Rayon rəhbəri şəhidimizin anası İntizar Gülməmmədovanı 60 illik yubileyi münasibətilə təbrik edib, ona xoş arzularını çatdırıb. Görüş zamanı Vətən müharibəsində şəhid və qazilərimizin göstərdiyi qəhrəmanlıqlardan, Vətən qarşısındakı ...
Ətraflı
Culfa Rayon İcra Hakimiyyəti, Culfa Rayon Gənclər və İdman İdarəsi və Culfa Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Culfa şəhər 2 nömrəli tam orta məktəbin şagirdlərinin Culfa Rayon Tarix-Diyarşünaslıq Muzeyinə gəzintisi təşkil edilib. Şagirdlərdə Vətənə məhəbbət, dövlətçiliyə sədaqət və milli-mənəvi dəyərlərə bağlılıq hisslərinin gücləndirilməsi məqsədilə keçirilən gəzinti zamanı məktəblilər xalqımızın zəngin tarixi və mədəni irsi ilə yaxından tanış olublar. Muzeyin ...
Ətraflı
Culfa Rayon İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin “Naxçıvan Aqrar Xidmətlər Mərkəzi” publik hüquqi şəxsin təşkilatçılığı ilə Yaycı kəndində fermer və təsərrüfatçıların iştirakı ilə maarifləndirici tədbir keçirilib. Tədbirdə Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşları tərəfindən seleksiya və damazlıq işinin təşkili qaydaları, heyvanların fenotipik qiymətləndirilməsi, əkinçilikdə müasir texnologiyaların tətbiqi, payızlıq taxıl əkinlərind...
Ətraflı