Bütün dövlət qulluqçularını peşə bayramı günü münasibətilə təbrik edir, çətin və şərəfli peşələrində uğurlar arzulayırıq....
Ətraflı
Cənab Prezidentin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilənlər sırasında Culfa Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Məmmədov Xaliq Əbülfəz oğlu da var. Culfa Rayon İcra Hakimiyyəti kollektivi adından Xaliq Məmmədovu və təltif olunmuş digər dövlət qulluqçularını təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!...
Ətraflı
Vətən uğrunda canından keçmiş qəhrəmanlarımızın əziz xatirəsi hər zaman uca tutulur, ailələrinə göstərilən diqqət və qayğı davamlı xarakter daşıyır. Bu çərçivədə şəhid Sənan Məmmədovun ailəsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əjdər Əliyev və Culfa Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Təbriz Hüseynzadə birgə ziyarət ediblər. Ziyarət zamanı şəhidin ailə üzvləri ilə səmimi söhb...
Ətraflı
Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Sara Hüseynova tərəfindən Camaldın kəndində növbəti səyyar qəbul keçirilib. Qəbulda icra hakimiyyətinin məsul əməkdaşları, Su və Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin məsul şəxsi, kənd icra nümayəndəsi və bələdiyyə sədrinin müavini iştirak ediblər. Qəbul zamanı kənd sakinləri əsasən içməli və suvarma suyu ilə bağlı problemlərinin olduğunu bildiriblər. Vətəndaşları narahat ...
Ətraflı
Rayonumuzda ətraf mühitin mühafizəsi və ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində mütəmadi olaraq ardıcıl tədbirlər həyata keçirilir. Bu çərçivədə Culfa şəhərinin Heydər Əliyev prospekti və Elşad Nağıyev küçəsində yerləşən yaşıllıq sahələrinin suvarma sistemi yenilənir. Görülən işlər nəticəsində Culfa 1 nasos xəttindən ümumilikdə 300 metr məsafəyə 63 mm-lik plastik borularla yeni suvarma xətti çəkilir. Yeni suvarma sisteminin qurulması həmin ərazilərdəki yaşıllıqları...
Ətraflı