
4 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan Rzalı Daşqın Elşad oğlu və Məmmədov Sahib Yaşar oğlunun şəhadətlərinin 6-cı ildönümü münasibətilə anım tədbiri keçirilib. Tədbirdə Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini Sara Hüseynova, icra hakimiyyətinin və hüquq-mühafizə orqanlarının əmədaşları, idarə, müəssisə və təşkilatların nümayəndələri, ictimaiyyət nümayəndələri və şəhid ailələri iştirak ediblər. Qeyd edək ki, Rzalı Daşqın Elşad oğlu 2020-ci il oktyabrın 21-də Zəngilan rayonu istiqamətində gedən ağır döyüşlərdə, Məmmədov Sahib Yaşar oğlu isə 2020-ci il oktyabrın 19-da Füzuli rayonunun Cəmilli kəndi istiqamətində gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb. Anım mərasimində şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarları ziyarət olunaraq üzərinə gül dəstələri düzülüb.