Vətən müharibəsi şəhidi Sahib Məmmədovun şəhadətinin beşinci ildönümü münasibətilə anım mərasimi keçirilib

2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması uğrunda göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilən Məmmədov Sahib Yaşar oğlu 2020-ci il oktyabrın 19-da Füzuli rayonunun Cəmilli kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhidimizin xatirəsinə həsr olunmuş anım tədbirində Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini, başçının səlahiyyətlərini icra edən Sara Hüseynova, Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatının sədri Qadir İbrahimov, icra hakimiyyətinin, idarə və müəssisələrin əməkdaşları şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.