Vətən müharibəsi şəhidi Rzalı Daşqının əziz xatirəsi böyük ehtiramla yad edilib

Vətən müharibəsi dövründə zəfər salnaməmizin şərəfli səhifəsini yazan, torpaqlarımızın erməni işğalçılarından azad olunmasında mərdliyi, cəsurluğu ilə fərqlənən, igidlərimizdən biri də kiçik gizir Rzalı Daşqın Elşad oğludur. Daşqın 21 oktyabr 2020-ci ildə Zəngilan rayonu istiqamətində gedən ağır döyüşləri zamanı qəhrəmancasına şəhid olmuşdur.

Şəhidimizin anım günü münasibətilə keçirilən tədbirdə Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Sara Hüseynova, Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatının sədri Qadir İbrahimov, icra hakimiyyətinin, rayonda fəaliyyət göstərən idarə, müəssisələrin əməkdaşları şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Daşqın döyüş zamanı göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda", "Zəngilanın azad olunmasına görə" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilmişdir.