
Vətən uğrunda şəhid olanlar əsrlər keçsə də xalqımızın hər fərdinin qəlbində daima yaşayacaqlar. Hər zaman xatırlanacaq igidlərimizdən biri də Vətən müharibəsi şəhidi Məmmədli Nicat Rizvan oğludur. İkinci Qarabağ savaşında şücaəti ilə dillərə dastan olan Nicat oktyabr ayının 8-də şəhadətə yüksəlib. Şəhidimizin xatirəsi hər ilduğu kimi bu il də böyük ehtiramla yad olunub. Anım günündə Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Sara Hüseynova, hüquq-mühafizə orqanlarının rəhbərləri, icra hakimiyyətinin əməkdaşları, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştrak ediblər.
Tədbir zamanı şəhidin məzarı ziyarət olunub, xatirəsinə dualar oxunub.