
2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması uğrunda göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən “Vətən uğrunda”, "Suqovuşanın azad olunmasına görə", "Cəsur döyüşçü" medalları və 3-cü dərəcəli "Rəşadət" orden ilə təltif edilən Məmmədli Nicat Rizvan oğlu 2020-ci il oktyabrın 8-də Suqovuşan istiqamətində gedən ağır döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır.
Şəhidimizin xatirəsinə həsr olunmuş anım tədbirində Ali Məclisinin deputatı, Culfa Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatının, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin əməkdaşları, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.