
Şəhid ailələrinə dövlətimiz hər zaman yüksək diqqət göstərir, onların qayğıları ilə mütəmadi maraqlanır. Bu məqsədlə Culfa Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşları Culfa şəhərindən olan Vətən müharibəsi şəhidi Dünyamalıyev Ceyhun Zeynal oğlunun ailəsini ziyarət ediblər.
Şəhidimizin ailəsi onlara göstərilən diqqətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını və göstərilən diqqətə görə məmnunluqlarını bildiriblər.