
Anım mərasimində Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini Sara Hüseynova, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin əməkdaşları, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Ceyhun Zeynal oğlu Dünyamalıyev 1996-cı il oktyabrın 15-də Culfa şəhərində anadan olub. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Füzuli, Zəngilan, Cəbrayıl, Xocavənd və Qubadlı rayonlarının, eləcə də Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə mərdliklə vuruşub. O, noyabrın 8-də Şuşa şəhəri uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhid Ceyhun Dünyamalıyev döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə 3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “İgidliyə görə” medalları ilə təltif edilib.
Şəhidlərimizin Vətən uğrunda göstərdikləri qəhrəmanlıq və fədakarlıqları xalqımızın yaddaşında əbədi yaşayacaq, onların əziz xatirəsi daim ehtiramla yad ediləcək.