Şəhid ailələrinə dövlətimiz hər zaman yüksək diqqət göstərir. Onlar mütəmadi ziyarət olunur, qayğıları ilə maraqlanılır. Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Sara Hüseynova, icra hakimiyyətinin əməkdaşları və idarə müəssisə əməkdaşları rayonumuzun Ləkətağ kəndindən olan şəhid Əliyev Babək Əsgər oğlunun ailəsini ziyarət edib, sosial problemləri ilə maraqlanıblar. Sonra şəhidimizin məzarı ziyarət olunub.
Şəhidimizin ailəsi onlara göstərilən diqqətə görə məmnunluqlarını bildiriblər.