
Culfa Rayon İcra Hakimiyyəti, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Culfa Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Bənəniyar kənd tam orta məktəbində şagirdlərlə maarifləndirici görüş keçirilib. Tədbirdə uşaqların cəmiyyətdəki hüquqları və vəzifələri barədə ətraflı məlumat verilib. Eyni zamanda qeyd olunub ki, uşaqlar cəmiyyətin fəal üzvləri kimi öz vəzifələrini hər zaman bilməli və yerinə yetirməlidirlər.