Türk Dövlətləri Təşkilatının yaradılmasından 16 il ötür

2009-cu il oktyabrın 3-də Naxçıvan şəhərində Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan arasında imzalanan “Naxçıvan Sazişi” əsasında qurulan təşkilat, türkdilli dövlətlər arasında siyasi, iqtisadi və mədəni əməkdaşlığın gücləndirilməsini qarşıya məqsəd qoyub. Hazırda Təşkilatın 5 tamhüquqlu üzvü (Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan) var. Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikası isə müşahidəçi statusu ilə təşkilatın fəaliyyətində iştirak edir.

Türk Dövlətləri Təşkilatı son illərdə türkdilli dövlətlərin əməkdaşlığında mühüm platformaya çevrilib və regional sabitliyin, həmrəyliyin möhkəmləndirilməsində əhəmiyyətli rol oynayır.