
8 Noyabr – Zəfər Günü münasibətilə Teyvaz kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin təşkilatçılığı ilə tədbir keçirilib. Tədbirdə kənddə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların əməkdaşları, həmçinin məktəblilər iştirak ediblər. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalmış Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edənlər 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun nümayiş etdirdiyi misilsiz şücaətdən, xalqımızın həmrəyliyindən və qazanılan tarixi Qələbənin milli dövlətçilik tariximizdəki mühüm əhəmiyyətindən danışıblar.