Su ehtiyatlarından qənaətlə, həmçinin müasir suvarma texnologiyalarından istifadənin təşviqi üçün mütəmadi olaraq təsərrüfat sahibləri ilə görüşlər keçirilir. Bu məqsədlə Culfa Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri İlqar Novruzov və Saltaq Bələdiyyəsinin sədri Türkanə Muradova kənd sakinləri ilə görüşərək mövzu ilə bağlı maarifləndirici söhbət aparıblar.