Bu münasibətlə keçirilən tədbirdə Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini, başçısının səlahiyyətlərini müvəqqəti icra edən Sara Hüseynova çıxış edərək bildirib ki, “Naxçıvan Muxtar Respublokasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar olaraq həyata keçirilən layihələrdən biri də Təcili Tibbi Yardım Xidmətinin maddi-texbiki bazasının möhkəmləndirilməsi və xidmətin insanlar üçün daha əlçatan olması məqsədilə Ailə Sağlamlıq Mərkəzlərinin yaradılaraq əhalinin istifadəisinə verilməsidir. Məhz Culfa rayonunda da istifadəyə verilən Əbrəqunus Kənd Ailə Sağlamlıq Mərkəzi sakinlərin sağlamlığının qorunmasına xidmət edəcək.
Göstərilən bu diqqət və qayğı muxtar respublikamızın, eləcə də rayonumuzun bugünkü, həm də gələcək nəsillərinin sağlamlığının təminatıdır.
Naxçıvan Muxtar Respublikasının Səhiyyə naziri Samiq Sadıxov çıxışında qeyd edib ki, atılan bu addım əhalinin sağlamlığının qorunmasında mühüm rol oynayacaq. O yeni geolokasiyaların fəaliyyətə başlamasının bölgədə tibbi xidmətin keyfiyyətini yüksəldəcəyinə əminliyini ifadə edib.
Əbrəqunus Kənd Ailə Sağlamlıq Mərkəzində yeni yaradılan bu geolokasiya üzrə Kırna, Bənəniyar, Saltaq, Əlincə, Xoşkeşin, Xanəgah kəndlərindən olan 12317 sakinə təcili tibbi yardım xidməti göstəriləcəkdir.