
Culfa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xanəgah, Əlincə və Xoşkeşin kəndlərində “Suya qənaət edək” başlıqlı maarifləndirici tədbir keçirilib. Tədbirdə Culfa Rayon İcra Hakimiyyətinin, Culfa Rayon Su və Meliorasiya Sistemləri İdarəsinin əməkdaşları, Saltaq və Milax bələdiyyələrinin sədrləri, kənd icra nümayəndələri və yerli sakinlər iştirak ediblər.
Tədbirdə çıxış edənlər qlobal iqlim dəyişiklikləri fonunda içməli və suvarma üçün yararlı şirin su ehtiyatlarının azaldığını qeyd edərək, hər bir vətəndaşın bu məsələyə həssas yanaşmasının vacibliyini vurğulayıblar.