Şurud kəndində Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

8 Noyabr – Zəfər Günü ərəfəsində Şurud kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin təşkilatçılığı ilə tədbir keçirilib. Tədbirin əvvəlində Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər 28 illik həsrətdən sonra Şuşa şəhərinin işğaldan azad edilməsinin Azərbaycan xalqı üçün tarixi əhəmiyyətindən, Qarabağın tacı hesab olunan Şuşa şəhərinin azadlığı uğrunda aparılan döyüşlərdə Azərbaycan Ordusunun nümayiş etdirdiyi qəhrəmanlıqdan və dünya hərb tarixinə düşən unikal hərbi əməliyyatlardan bəhs ediblər. Tədbirin sonunda məktəblilər Zəfər Gününə həsr olunmuş şeirlər səsləndiriblər.