
Culfa rayonunun Şurud kəndində əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılması məqsədilə kənddaxili yolların yenidən qurulması işləri davam etdirilir. Həyata keçirilən layihə çərçivəsində 1,3 kilometr uzunluğunda yola asfalt örtüyünün salınması işlərinə artıq start verilib. Bundan əlavə, sel və yağış sularının idarə olunması məqsədilə kəndin müxtəlif ərazilərində 280 metr uzunluğunda beton kanal inşa olunub ki, bu da kəndi yağış və sel sularından qorumaqla yanaşı yol örtüyünün də dayanıqlığını artıracaq. Yol infrastrukturunun yaxşılaşdırılması gələcəkdə kəndin sosial-iqtisadi inkişafına da müsbət təsir göstərəcək.