"Sudan səmərəli istifadə edək" - Teyvaz kənd sakinləri ilə maarifləndirici söhbət aparılıb

Culfa Rayon İcra Hakimiyyəti tətəfindən "Su ehtiyatlarından qənaətlə və suvarmada müasir tipli avadanlıqlardan istifadə edək" başlığı altında keçirilən sosial aksiya davam etdirilir. Növbəti belə görüş rayonun Teyvaz kəndində baş tutub. Culfa Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri və Milax Bələdiyyəsinin sədri kənd sakinləri ilə görüşərək, iqlim dəyişikliyi və qlobal istiləşmə nəticəsində şirin su ehtiyatlarının azalmasını nəzərə alaraq sudan maksimum dərəcədə səmərəli istifadə olunmasının vacibliyini sakinlərin diqqətə çatdırıblar.